Livan altı helikopterini təhvil alıb

Livan altı helikopterini təhvil alıb

Livan ordusu Amerika Birləşmiş Ştatlarından (ABŞ) hərbi yardım məqsədli qrant olaraq verilən 6 hərbi helikopteri təhvil alıb. SİA bu barədə türk mətbuatına istinad edir.

ABŞ-ın Beyrutdakı səfirliyinin internet saytında verilən açıqlamaya görə, ölkənin şimalındakı Hamat Hərbi Bazasında təşkil edilən təhvil mərasimində Livanın Baş Qərargah rəisi Cozef Avn və ABŞ-ın Beyrutdakı səfiri Doroti Şi iştirak edib.

Bildirilib ki, təhvil verilən 6 ədəd MD-530F kəşfiyyatçı və yüngül hücum helikopterin qiyməti 40 milyon dollar olub.

ABŞ-da prezident Co Bayden Administrasiyası sentyabrın 9-da Livan ordusunun təkmilləşdirilməsi üçün 47 milyon dollarlıq hərbi yardım paketini təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə