Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 229 nəfər vəfat edib.
SİA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 358 754 nəfər test edilib. Onların 23 867-nin testi pozitiv nəticə verib, 28 543 nəfər sağalıb.
Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 118 883 070 peyvənd tətbiq edilib ki, bunun 90,12 faizi birinci, 80,30 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB