Meksika səfiri razılaşmalardan danışıb SPUTNİK-V İLƏ BAĞLI

Meksika səfiri razılaşmalardan danışıb SPUTNİK-V İLƏ BAĞLI

Meksika və Rusiya bu ölkədə koronavirusa qarşı Rusiya peyvəndi Sputnik V istehsal etmək imkanları ilə bağlı danışıqlar aparır. SİA xəbər verir ki, bu barədə Rusiyadakı səfir Norma Pensado Aeroflotun Moskva-Kankun yeni müntəzəm uçuşunun təqdimatı ilə bağlı mətbuat konfransında söyləyib.

Bir qədər əvvəl Meksikanın bioloji agentlər və reagentlər laboratoriyasının direktoru Pedro Centeno bildirmişdi ki, laboratoriya Rusiyanın Birbaşa İnvestisiya Fondu ilə Sputnik V vaksininin istehsalı texnologiyasının transferi haqqında müqavilə imzalayıb.

“Dediyim kimi, indi Meksikanın müvafiq qurumları vaksinin Meksikada istehsalına və qablaşdırılmasına, eləcə də Latın Amerikası bazarında yayılmasına başlamaq imkanlarını nəzərdən keçirmək üçün Rusiyanın müvafiq orqanları ilə danışıqlar aparır", deyə Norma Pensado bildirib.

Səfir qeyd edib ki, Sputnik V peyvəndi Meksikada ən populyar peyvəndlərdən biridir. Pensado əlavə edib ki, peyvənd kampaniyası başlayanda bir çox meksikalı rus dərmanının çatdırılmasını gözləyirdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə