Təcavüzkar valideynlərin etdikləri qan dondurdu

Təcavüzkar valideynlərin etdikləri qan dondurdu

ABŞ-ın Kaliforniya ştatında uşaqlar valideynləri tərəfindən işgəncələrə məruz qalaraq evə zəncirlə həbs olunduqlarını bildiriblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisədən sonra 13 bacı və qardaşdan biri evdən ilk dəfə necə qaçdıqlarını ictimaiyyətə danışıb. Hazırda 21 yaşlı Cordan Turpin 2018-ci ilin yanvarında ailəsi tərəfindən həbs olunduğu “Qorxu Evi” adlandırdığı yerdən pəncərədən atılaraq polisə zəng edib və xilas ola bilib.

Evdən qaçmağa cəhd edən 17 yaşlı gənc “Başıma bir şey gələcəksə ən azından qurtulmağa cəhd edərkən həyatımı itirim” deyib. Polis xəbərdarlığının ardından evə basqın edilib. Əldə edilən görüntülər göstərir ki, polislər evə daxil olduqda, ən azı iki uşağı çarpayılarına zəncirlənmiş vəziyyətdə tapıblar. Valideynlərin övladlarına qarşı zorakılıqları və pis davranması o dərəcədə idi ki, bu onların sağlamlığına da güclü təsir etmişdi. Əzələ zəifləməsi olan uşaqlardan ikisində sonsuzluq görülüb. İşgəncə, qanunsuz həbs və uşaqların təqibi də daxil olmaqla 14 ittiham üzrə təqsirli bilinən valideynlər 25 il müddətinə azadlıqdan məhrum ediliblər.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə