130 qadını satan kişi tutulub

Əfqanıstanın “Taliban” hökumətinə tabe olan təhlükəsizlik qüvvələri insan ticarətində şübhəli bilinən ölkə vətəndaşını saxlayıb. Onun təxminən 130 qadını satdığı bildirilib. SİA bu barədə TASS-a istinad edir.

Məlumata görə, cinayətkar xeyli müddətdir ki, axtarışda olub.

Adı açıqlanmayan şəxs qadınları onlara həyat yoldaşı tapacağı ilə aldadaraq qonşu əyalətlərə aparıb və satıb.

Bütün xəbərlər Facebook səhifəmizdə