Suriyada vəziyyətin yaxşılaşdırılması qaçqınların öz evlərinə qaytarılması prosesini intensivləşdirməyə imkan verib. SİA xəbər verir ki, bu barədə Rusiya Federasiyasının qaçqınların Suriyaya qaytarılması üzrə idarələrarası əlaqələndirmə qərargahının, Rusiya Federasiyası Müdafiə İdarəetmə Milli Mərkəzinin rəhbəri general-polkovnik Mixail Mizinsev bəyan edib.
"Hökumətin nəzarətində olan ərazilərdə vəziyyətin sabitləşməsi və mülki infrastrukturun bərpası məcburi köçkünlərin daimi yaşayış yerlərinə köçürülməsini intensivləşdirməyə imkan verib. Bütün qaçqınlar daimi yaşayış yerləri ilə təmin olunub, tibb və təhsil müəssisələri fəaliyyət göstərir”, deyə o qeyd edib.
Onun sözlərinə görə, ilin əvvəlindən Suriyada qaçqınlar üçün 26 müvəqqəti yerləşdirmə mərkəzi, o cümlədən sentyabrın 1-dən 10-u formalaşdırılıb.
Mizinsev qeyd edib ki, artıq İordaniyadakı suriyalıların 94%-i gələn il öz vətənlərinə qayıtmaq arzusunu ifadə edib.
Onun sözlərinə görə, ümumilikdə 2 milyon 326 mindən çox suriyalı öz evlərinə qayıdıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB