Britaniyanın müdafiə naziri Ukraynaya səfər edib

Britaniyanın müdafiə naziri Ukraynaya səfər edib

Britaniyanın müdafiə naziri Ben Uolles bu gün Ukraynaya səfər edib. SİA xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Ukraynanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyini bir daha təsdiqləmək üçün Böyük Britaniyanın müdafiə naziri bu gün Ukraynaya səfər edib", deyə məlumatda bildirir.

Əlavə edilir ki, səfər zamanı Uolles əvvəlcə ukraynalı həmkarı Aleksey Reznikovla görüşüb.

"Bir sıra görüşlər zamanı nazirlər ölkələr arasında mövcud əməkdaşlığı müzakirə ediblər", deyə məlumatda qeyd olunur.

Uolles dünən bildirib ki, bu həftə Belarusla sərhəddəki vəziyyətlə əlaqədar Polşaya səfər edəcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə