“Eren Qış-4 Şəhid Jandarma Komandosu Əsgər İbrahim Doğu Kazan Vadisi-Xan Yaylası” əməliyyatına Hakkaridə 1240 nəfərlik heyətlə start verilib. SİA bu barədə türk mətbuatına istinad edir.
Türkiyə Daxili İşlər Nazirliyindən verilən açıqlamaya görə, ölkədə terroru tamami ilə məhv etmək məqsədi ilə həyata keçirilən “Əren Qış” Əməliyyatları inam və qətiyyətlə davam edir. Nazirliyin açıqlamasında bildirilib ki, Separatçı terror təşkilatı PKK-nın kökünü kəsmək və bölgədəki fəaliyyitini sona çatdırmaq məqsədi ilə başladılan əməliyyatda Jandarma Komando, Jandarma Xüsusi Əməliyyat (JÖH), Polis Xüsusi Əməliyyat (PÖH) və Təhlükəsizlik Mühafizə qruplarından ibarət ümumilikdə 1240 kadr iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB