ABŞ-da 70 illik ənənə ləğv edilib

ABŞ-da 70 illik ənənə ləğv edilib

ABŞ-ın Florida ştatının Sevilya şəhərində hər il keçirilən “Hinduşka atışı” tədbiri 70 ildən sonra ilk dəfə ləğv edilib. Tədbirin ləğv edilməsinə səbəb bu il hind toyuğunun bahalaşması olub. SİA xarici mətbuata istinadən bildirir ki, qaliblərə dondurulmuş hind toyuğunun hədiyyə edildiyi 70 illik Şükran Günü əvvəli atıcılıq yarışması hinduşka qiymətlərinin iki qat artması səbəbindən bu il ləğv edilib.

ABŞ-da inflyasiya son 30 ilin ən yüksək həddə olduğu halda, son bir ildə ət, toyuq və yumurta qiymətlərinin təxminən 12 faiz artdığı bildirilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə