ABŞ-da 61 yaşlı pilot Kennet Daniel Yott və 21 yaşlı sərnişin Korbin Dennis Kennedinin təyyarə qəzasında həlak olduğu açıqlanıb. Qəzanın səbəbi hələ məlum olmasa da, son 3 gündə baş verən ikinci təyyarə qəzası ABŞ ictimaiyyətini dəhşətə gətirib. SİA xarici mətbuata istinadən bildirir ki, Miçiqan ştatında təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb. Qəzanın səbəbinin hələ müəyyən edilmədiyi qeyd edilsə də, ABŞ Federal Aviasiya İdarəsi və ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının araşdırmalarını davam etdirdiyi bildirilib.
Qeyd edək ki, 3 gün əvvəl də Miçiqan ştatının qərbində Biver adasında təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB