İspaniyanın cənub-qərbindəki Kanar adaları qrupu olan La Palma adasında 58 gündür aktiv olan Kumbre Vieja vulkanı indiyədək 2623 binanı dağıdıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Avropa İttifaqının peyk görüntü sistemi (Kopernik) tərəfindən yenilənən məlumatlarda vulkandan çıxan lavanın bölgədə 1042 hektar ərazini əhatə etdiyi bildirilib. Lava əksəriyyəti yaşayış olan 2623 binanı dağıdıb, 111 bina isə qismən zədələnib. Bölgədəki 76,9 kilometrlik yolu tamamilə əhatə edən və üç nöqtədən dənizə tökülən lava adanın sahilində 41 hektarlıq platforma əmələ gətirib.
Qeyd edək ki, 70 yaşlı şəxsin damındakı vulkan külünü təmizləyərkən yıxılaraq öldüyü bildirilib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB