Bayden 1 trilyon dollarlıq paketi imzalayıb

Bayden 1 trilyon dollarlıq paketi imzalayıb

ABŞ prezidenti Co Bayden iqtisadi planın birinci mərhələsini təşkil edən təxminən 1 trilyon dollarlıq infrastruktur paketini təsdiqləyib. SİA xarici mətbuata istinadən bildirir ki, infrastruktur paketinin imzalanma mərasimi ABŞ-da inflyasiyanın 31 illik ən yüksək həddə çatdığı və Baydenə siyasi dəstəyin azaldığı bir vaxta təsadüf edib. Qəbul edilən qanunla etmək istədikləri işə diqqət ayırdıqlarını bildirən Bayden, bu qanunu imzalamaqla demokratiyadan xalq üçün istifadə etdiklərini qeyd edib. Bayden Nümayəndələr Palatası və Senatın da 1,75 trilyon dollarlıq sosial xərclər paketini qəbul edəcəyinə əmin olduğunu bildirib.

Mərasimdə ABŞ-ın vitse-prezidenti Kamala Harris, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi, ABŞ Senatında çoxluğun lideri Çak Şumer, Demokrat senator Kristen Cinema, respublikaçı senator Rob Portman, eləcə də hər iki partiyadan çoxlu siyasətçi və qonaqlar iştirak ediblər.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə