Yaponiyada AES ərazisində yanğın olub

Yaponiyada AES ərazisində yanğın olub

Yaponiyanın Saqa prefekturasında "Qenkay" atom elektrik stansiyasının ərazisində yanğın baş verib.

SİA-nın məlumatına görə, bu barədə stansiyanın operatoru olan "Kyushu Electric Power" şirkətindən bildiriblər.

Məlumata əsasən, yanğın təxminən 1 saat ərzində söndürülüb.

Qeyd edilir ki, yanğın stansiyanın enerji bloklarının işinə təsir etməyib.

Hazırda hadisənin səbəbi araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə