"Makron bütün çıxışlarında Türkiyəni hədəfə alır"

"Makron bütün çıxışlarında Türkiyəni hədəfə alır"

“Makron Fransanın xarici siyasətini Türkiyə düşmənliyi üzərində qurur”
AK Partiyanın Mərkəzi Qərar və İdarə Heyətindəki çıxışında Ömər Çelik sözügedən mövzu ilə bağlı deyib...

SİA bu barədə türk mətbuatına istinad edir.

Türkiyə Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik Fransa prezidenti Emmanuel Makronun Türkiyəni hədəf alan şərhlərinə "Makronun Rusiya və Türkiyənin Liviyada olması ilə bağlı sözləri qalmaqaldır" deyə cavab verib.

AK Partiyanın Mərkəzi Qərar və İdarə Heyətindəki çıxışında Ö.Çelik sözügedən mövzu ilə bağlı deyib: “Fransa prezidenti E.Makronun Rusiya və Türkiyənin Liviyada olması ilə bağlı sözləri qalmaqaldır. Türkiyəni “xarici əsgər” adlandırması qəsdli bir şərhdir. Makron bütün çıxışlarında Türkiyəni hədəfə alır, Fransanın xarici siyasətini Türkiyə düşmənliyi üzərində qurur.

Ölkə başçımız Afrikaya gedir, baxırıq ki, Fransa xəbər agentlikləri "Ərdoğanın Afrikada nə işi var?" başlıqları atır. Dərhal rəqabətə girirlər. Afrikanı özünün sənədli mülkü görən Fransa Türkiyə prezidentinin Afrikaya getməsini təhdid hesab edir.

Makronun Türkiyə əsgərlərini geri çəkməsi çağırışı qalmaqaldır. Türkiyə hərbi təlimlərlə əlaqədar oradadır. “Xarici əsgər” statusunda Türkiyənin qiymətləndirilməsi səhvdir. Makronun xarici siyasətini Türkiyə əleyhdarlığı üzərində icra etməsi yanlışdır. Burada rəqabət yerinə həmrəylik daha faydalı olar."

Bütün xəbərlər Facebook səhifəmizdə