Burkina-Fasoda posta edilən hücumda ölənlərin sayı 30 nəfəri ötüb
Burkina-Fasonun şimalındakı Soum regionunda yerləşən jandarma postuna edilən silahlı hücum nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb. SİA bu barədə xarici mətbuata istinad edir.
Ölənlərdən dördü mülki şəxs, digərləri isə hərbçilərdir. Ölkədə bazar günündən etibarən üç günlük matəm elan edilib.
Agentlik qeyd edir ki, hücum qızıl mədəninin yaxınlığında naməlum şəxslər tərəfindən həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB