...Bir dəfə demişdim, deyə təkrar kimi qəbul etməyin...deyir “arvad döyən kişini it də tutar”
Deməli, erməni saytlarının yazdığına görə, ötən gecə Ermənistanın Araqatsotn rayonundakı Ağarakavan kəndinə canavar hücumu olub. Belə ki, yenə də ermənilərin dediyinə görə, canavarlar kənd sakinlərinə məxsus 170 qoyunu öldürüb, 80-nini isə yaralayıblar. Əslində buradakı qoyunların sayında bir az erməni şişirtməsi də ola bilər. Amma dərinə getməyi Sizə də məsləhət görmürəm.
Qeyd edim ki, mənim burada diqqətimi çəkən başqa məqamdır. Belə ki, maraqlı da olsa, ermənilər həmən gecə isti tövlələrdə yatıb özlərini təhlükəsiz hiss edən sadəlövh qoyunları özləri ilə müqayisə edib və hətta özlərini bu qoyunların yerində qoyurlar. (Qeyd edilməlidir ki. arada ermənilərin həqiqəti dilə gətirib doğrunu demələri adama necə də xoş gəlir)
Burada başqa maraqlı nüans isə yenə də ermənilərin öz dili ilə desək, daha bundan sonra qoyun olmaq istəmədiklərini bildirmələridir.
Beləliklə, Türk totemindəki qurda diqqət çəkən ermənilər bildirirlər: ...madam ki, canavar bizə hücum edir, bu halda heç olmasa aramızdan canları bahasına olsa da düşməni dəf etməyi bacaran canavar itləri olmağa çalışmalıyıq.
Nə gözəl təklif...amma Sizi bilmirəm, mən tülki xislətlilərin çoban iti ola biləcəklərinə heç inanmıram.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB