Ağ Ev Putindən xahiş edib LUKAŞENKOYA TƏZYİQ ETSİN

Ağ Ev Putindən xahiş edib LUKAŞENKOYA TƏZYİQ ETSİN

ABŞ Belarusa qarşı yeni sanksiyalar üzərində Avropa İttifaqı ilə sıx koordinasiyada işləyir və Rusiyanı prezident Aleksandr Lukaşenkoya təsir göstərməyə çağırır. SİA xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki brifinqdə jurnalistlərə deyib.

"Biz Lukaşenka rejimini davam edən hücuma görə məsuliyyətə cəlb etmək üçün Aİ tərəfdaşlarımız və digər müttəfiqlərimizlə yaxından işləməyə davam edirik. Buraya əlavə sanksiyaların hazırlanması da daxildir", deyə Psaki bildirib.

ABŞ və Aİ Belarus hakimiyyətini Yaxın Şərqdən minlərlə qaçqını Avropaya daşımaq üçün idxal etməkdə ittiham edir.

Psaki ABŞ-ın Belarus və Polşa sərhədindəki miqrasiya böhranına görə Rusiya rəhbərliyini məsul hesab edib-etmədiyini söyləməkdən imtina edib.

“Biz Rusiyaya çağırış etməyə davam edirik və onları Lukaşenka rejiminə təsir imkanlarından birbaşa istifadə etməyə təşviq edirik”, deyə Cen Psaki əlavə edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə