Birləşmiş Millətlər Təşkilatı Somali Humanitar İşlər üzrə Koordinasiya Mərkəzi (OCHA) tərəfindən verilən yazılı məlumatda bildirilir
Somalidə 2,9 milyon adam qarşıdurmalar və təbii fəlakətlər səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.
Birləşmiş Millətlər Təşkilatı Somali Humanitar İşlər üzrə Koordinasiya Mərkəzi (OCHA) tərəfindən verilən yazılı məlumatda bildirilir: “Somalidə qarşıdurmalar və təbii fəlakətlər milyonlarla adamın həyatına mənfi təsir edib. Yanvar-oktyabr aylarında daha 520 min nəfər yerini dəyişib. Ölkə daxilində evlərini tərk etmək məcburiyyətində qalanların sayı 2,9 milyona yüksəlib, 5,9 milyon Somali vətəndaşının isə humanitar yardıma ehtiyacı var. Somalidə vəziyyət belə davm edərsə, bu rəqəm 7,7 milyona qalxa bilər. Ölkədə 3,5 milyon adam qida azlığı problemiylə qarşı-qarşıyadır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB