"Rusiya müzakirə vasitəçisi kimi yardım edə bilər"

"Bir həftədir soyuqda duran minlərlə insanın taleyini kimsə düşünmür", D.Peskov
"Rusiya müzakirə vasitəçisi kimi yardım edə bilər"

Rusiya Prezident Administrasiyasının sözçüsü Dmitri Peskov Belarus-Polşa sərhədindəki immiqrant böhranıyla əlaqədar Rusiyanın müzakirə vasitəçisi kimi yardım edə biləcəyini söylədi. SİA bu barədə rus mətbuatına istinad edir.

Belarus-Polşa sərhədindəki qaçqın böhranıyla əlaqədar jurnalistlərə açıqlamasında D.Peskov bildirib: “Ölkə prezidenti Vladimir Putin əvvəllər də immiqrant böhranının həll edilməsi üçün mümkün olan hər şəkildə kömək etməyə hazır olduğunu söyləyib. Rusiya müzakirə vasitəçisi kimi yardım edə bilər.”

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinken isə Belarus-Polşa sərhədindəki immiqrant böhranına görə rəsmi Minsk və Moskvanın məsuliyyət daşıdığını və bu yolla Rusiyanın Ukrayna sərhədindəki addımlardan diqqətləri başqa yerə çəkmək istədiyini deyib. Peskov bu iddiaya "Bu şərhi səhv hesab edirik" deyə cavab verib.

Rusiyanın sözçüsü sərhəddəki vəziyyətlə əlaqədar təktərəfli olaraq günahı Belarus prezidenti Aleksandr Lukaşenkoya yükləmənin də yanlış fikir olduğunu bildirərək sərhəddə bir həftədir soyuq hava şəraitində duran minlərlə insanın taleyini kimsənin düşünmədiyinə diqqət çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə