Polşa gecə hücum gözləyir SƏRHƏDDƏ

Polşa gecə hücum gözləyir SƏRHƏDDƏ

Polşa sərhədçisi gecə Belarus tərəfdən sərhədə hücum gözləyir. SİA xəbər verir ki, bu barədə Polşa sərhəd mühafizəsinin sözçüsü Anna Mixalskaya Polşa televiziyasında bildirib.

"Biz keçidə çatacalarını, sərhədi keçmək cəhdini gözləyirik. Bu gecənin qaynar keçəcəyini gözləmək olar", deyib Mixalskaya.

Eyni zamanda o qeyd edib ki, Belarus tərəfində miqrantlar özlərini sakit aparırlar. “Hazırda müşahidə etdiyimizə görə, bu şəxslər sərhədi keçməyə cəhd göstərmirlər, özlərini sakit aparır, çadırlar qururlar, keçidin yaxınlığında və hətta keçidin ərazisində Belarus tərəfində tonqallar yandırırlar. Lakin biz həmişə gözləyirik ki, onlar Belarus xidmətlərinin motivasiyası ilə gecələr belə hərəkətlər edə bilərlər”, deyə Mixalskaya bildirib.

"Biz qüvvələrimizi orada cəmləşdirmişik. Əsgərlər və polislər bizə dəstək verir. Vəziyyətin inkişafını gözləyirik", deyə o vurğulayıb.

Xatırladaq ki, son həftələrdə bir neçə min miqrant Aİ ölkələrinə getmək ümidi ilə Belarus və Polşa sərhədində toplaşıb. Polşa hakimiyyəti miqrasiya böhranında Minski günahlandıraraq, sərhəd təhlükəsizliyini gücləndirib, hərbçiləri bir araya gətirib və qeyri-qanuni mühacirlərin ölkəyə daxil olmaq cəhdlərinin qarşısını alıb. Bütün bu ittihamları Belarus Polşanın miqrantları öz ərazisinə zorla qovduğunu iddia edərək rədd edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə