Lukaşenko və Merkel müzakirələr aparıblar MİQRASİYA BÖHRANI İLƏ BAĞLI

Lukaşenko və Merkel müzakirələr aparıblar MİQRASİYA BÖHRANI İLƏ BAĞLI

Belarus prezidenti Aleksandr Lukaşenko və səlahiyyətlərini hələlik icra edən Almaniya kansleri Angela Merkel bazar ertəsi telefon danışığı zamanı miqrasiya böhranının həlli və sərhəddəki qaçqınlara humanitar yardımın göstərilməsi perspektivlərini müzakirə edib. SİA xəbər verir ki, bu barədə Belarus dövlət başçısının mətbuat xidmətinə yaxın Birinci Telegram kanalı məlumat yayıb.

“Söhbət zamanı bir sıra problemlər, ilk növbədə Belarus-Polşa, Belarus-Litva və Belarus-Latviya sərhədlərində qaçqınlarla bağlı vəziyyət müzakirə edilib. Sərhəddə vəziyyətin gərginləşməsi ətraflı müzakirə olunub”, deyə məlumatda bildirilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə