Bolqarıstanın hazırkı prezidenti Rumen Radev bülletenlərin 99,51 faizinin işlənməsi nəticəsində Bolqarıstanda keçirilən seçkilərdə 49,45 faiz səs toplayıb. SİA xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) məlumat yayıb.
Məlumata görə, bu göstərici birinci turda qalib gəlmək üçün yetərli deyil, ona görə də ikinci tur noyabrın 21-də baş tutacaq və bu turda Radevə 22,85 faiz seçicinin dəstək verdiyi GERB partiyasının nümayəndəsi Atanas Qercikov rəqib olacaq.
Üçüncü yerdə 11,51 faiz səs toplayan türk azlığının maraqlarını müdafiə edən Haqq və Azadlıqlar Hərəkatının rəhbəri Mustafa Karaday qərarlaşıb.
Bundan sonra seçicilərin 3,92 faizinin səs verdiyi millətçi “Renessans” partiyasının lideri Kostadin Kostadinov və 3,65 faizlə Ali Kassasiya Məhkəməsinin sədri Lozan Panov gəlir.
Xatırladaq ki, Bolqarıstanda bu il üçüncü parlament seçkiləri, həmçinin prezident seçkiləri noyabrın 14-də keçirilib. Seçkilərin fərqli cəhəti 40 faizə çatmayan seçici fəallığının aşağı olması olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB