"Ahıska türklərinin kədərini bölüşürük..."

Ahıska türklərinin yurd-yuvalarından qovulmalarının ildönümü qeyd olunub
"Ahıska türklərinin kədərini bölüşürük..."

Xarici İşlər Nazirliyindən verilən açıqlamada xatırladılıb ki, 14 noyabr 1944-cü ildə təxminən 100 min Ahıska türkü Gürcüstanın Ahıska bölgəsindən Sovet İttifaqının uzaq bölgələrinə sürgün edilib. SİA bu barədə türk mətbuatına istinad edir.

Açıqlamada dünyanın 9 fərqli ölkəsinə yayılan və sayı 500 minə çatan Ahıska türkləri tərəfindən yaşadıqları ağrının, milli şüurun və birliyin əhəmiyyətinin heç vaxt unudulmadığı bildirilib. Ahıska türkləri illərlə çətin şəraitdə yaşasalar da, öz kimliklərini qoruyub saxlamış, mədəni irsini yeni nəsillərə ötürmüşlər.

Açıqlamada qeyd olunub:

“İndiyə qədər olduğu kimi, bundan sonra da Ahıska türklərinin vətənlərinə qayıtmasını yaxından izləyəcək və soydaşlarımıza lazımi dəstəyi verəcəyik.

Ağır şəraitdə qadın, qoca, uşaq ayrı-seçkiliyinə məruz qalmadan sürgün edilən Ahıska türklərinin kədərini bölüşürük.

Ahıska türklərinin vətənlərindən sürgün edilməsinin 77-ci ildönümündə həyatını itirənləri hörmət və rəhmətlə yad edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə