Nikoldan nə desən gözləmək olar...

Nikoldan nə desən gözləmək olar...

Yaxşı ki, rusların arasında da ermənilərə təsəlli verib, onlara “canıyananlıq” nümayiş etdirənlər varmış. Yoxsa “başı bəlalar çəkmiş” bu “binəva millət” neylərdi?

Deməli, ötən gün ermənilərin “halına yanan” rus hərbçisi Konstantin Sivkov bildirib ki, əgər, doğrudan da, Ermənistan ərazisində real hərbi əməliyyatlar başlasa və Azərbaycan “erməni ərazisini” işğal etməyə qalxsa, bu halda Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsinə əsasən ölkəni müdafiə etməli olacaq. O bunu da əlavə edib ki, ermənilər buna heç şübhə etməsinlər.

Bununla yanaşı o, Rusiyanı açıq qarşıdurmaya sürükləmək məqsədi daşıyan təxribat variantının mövcudluğunu da istisna etməyib.

Qeyd edək ki, Sivkov burada təxribatla bağlı fikirlərini bildirərkən, təbii ki, bir müddət bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın guya Azərbaycan qoşunlarının erməni sərhədlərini “yararaq” ölkə ərazisinə daxil olduğunu nəzərdə tutur.

Sivkova görə, əgər Azərbaycan qoşunları, həqiqətən də, Ermənistan ərazisini “işğal edibsə”, bu halda Ermənistan hökuməti rəsmi şəkildə KTMT-yə müraciət edib Rusiyadan kömək istəməlidir.

Əslində, Sivkova da əksər həmkarları kimi, ermənilərin hansı xislət sahbi olduqları barədə az-çox məlumatlıdır və bəlkə də erməniləri onlardan da yaxşı tanıyır. Ona görə də, o Azərbaycan-Ermənistan sərhədində dəqiq nə baş verdiyini və hansı ərazidə baş verdiyini anlamaq lazım olduğunu öyənməyi məsləhət bilir.

Qeyd edilməlidir ki, Nikol Paşinyanın əvvəlki həmkarlarından ancaq bir şeylə, “ABŞ-a qarşı ittiham olunan” fiqur olması ilə fərqləndiyini diqqətə çatdıran Sivkov burada onun Rusiyanı da münaqişəyə qatmaqda maraqlı olduğunu gizlətmir.

Belə bir ssenari yaşanmasının şəxsən Baş nazirin özü üçün faydalı olacağına şübhə etməyən rus hərbçisi, ölkəsinin bu hərbi münaqişəyə qatılacağı təqdirdə Nikolun bundan Ermənistanın daxili iqtisadi uğursuzluqlarını silməyə çalışağağını da yaxşı anlayır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə