Kamboca turistlərə qapılarını açır

Kamboca turistlərə qapılarını açır

Kamboca yeni növ koronavirusla mübarizə çərçivəsində həyata keçirdiyi karantin tədbirlərindən sonra bu gündən etibarən əcnəbilərin ölkəyə girişinə icazə verməyə başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Kamboca, Covid-19-a qarşı dünyada ən yüksək peyvənd nisbətinə sahibdir. Bu ölkə, planlaşdırılan tarixdən 2 həftə əvvəl sərhədlərini turistlərin üzünə açıb. Kambocanın baş naziri Hun Sen, planlaşdırılan açılış tarixini 30 noyabrdan 15 noyabra keçirib. Peyvənd nisbətinin 88%-ə çatdığı ölkədə hökumətin iqtisadiyyatı tez bir zamanda dirçəltmək üçün belə bir qərar qəbul etdiyi qeyd edilib.

Karantin tədbirlərindən azad olmaq üçün əcnəbilər son 72 saat ərzində mənfi test nəticəsi almalı və bəzi hallarda hava limanında koronavirus testindən keçirilməlidirlər.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə