Cənubi Amerikanın Ekvador ölkəsindəki həbsxanada iğtişaşlar və qarşıdurmalarda 68 məhbusun ölməsindən sonra təhlükəsizlik qüvvələrinin həbsxanaya nəzarəti bərpa etdiyi bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Ekvador rəsmiləri qeyd ediblər ki, təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbində yerləşən Quayaquil şəhərindəki Litoral həbsxanasına nəzarəti tam bərpa edib. Həbsxananın yerləşdiyi ərazidə geniş tədbirlər görən əsgər və polis məhbusların yaxınlarına təhlükəsizlik baryerindən keçməyə imkan verməyib.
Qeyd edək ki, dəstələr arasında liderlik mübarizəsi nəticəsində baş verdiyi bildirilən qarşıdurmalarda 68 məhbusun ölməsi ilə yanaşı 25 nəfər yaralanıb.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB