ABŞ-dakı zooparklardan bir-bir qorxulu xəbərlər gəlməyə başlayıb. Aslan və pələng də daxil olmaqla, dözümlülüyü ilə tanınan nəsli kəsilməkdə olan heyvanlar arasında yayılan epidemiya can almağa başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ-ın Nebraska ştatındakı zooparkda üç qar bəbiri bir aylıq müalicəyə baxmayaraq, Covid-19-un fəsadları səbəbindən ölüb. Ötən ay üç bəbir və iki Sumatra pələngi virusa yoluxub. 40-dan çox nəsli kəsilməkdə olan növ də daxil olmaqla 400-dən çox heyvanın olduğu zooparkda Axl və Kumar adlı pələnglərin sağaldığı bildirilib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB