İngiltərə Rusiya ilə müharibəyə hazır olduğunu bildirib

İngiltərə Rusiya ilə müharibəyə hazır olduğunu bildirib

Qərblə Rusiya arasında gərginlik Belarus-Polşa sərhədindəki miqrant böhranı ilə alovlanan bir vaxtda Britaniya ordusunun rəhbəri bildirib ki, soyuq müharibədən sonrakı hərbi münaqişə riski ilk dəfədir ki, bu qədər yüksəkdir. SİA xarici mətbuata istinadən bildirir ki, Britaniya Baş Qərargah rəisi Ser Nik Karter Şərqi Avropada son gərginlikdən sonra Britaniya ordusunun Rusiya ilə müharibəyə hazır olması lazım olduğunu deyib. Belarus və Ukrayna sərhədlərində baş verənlərin Rusiyanın “klassik yayındırmaları” olduğunu qeyd edən Karter, mümkün müharibəyə qarşı NATO ittifaqı daxilində birliyə əmin olmaları lazım olduğunu vurğulayıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə