Onlar Şərqi Afrikada 7 fermerin qətlinə görə 39 il həbs cəzasına məhkum olunublar
Afrika İttifaqının Somalidəki Missiyasının üç sülhməramlısının hər biri Şərqi Afrika ölkəsində 7 fermerin qətlinə görə 39 il həbs cəzasına məhkum olunub. Məhkumların Uqanda vətəndaşları olduğu bildirilir.
Aşağı Şabelle əyalətində qətl işi üzrə məhkəmə iclasında ölən fermerlərin ailə üzvləri də iştirak edib.
Qeyd edək ki, Somalidə son vaxtlar yerli sakinlərlə Afrika İttifaqının Somalidəki Missiyasının sülhməramlıları arasında gərginlik yaranıb. Ölkə hökuməti noyabrın 4-də Afrika İttifaqı Komissiyasının xüsusi nümayəndəsinin müavini Saymon Mulonqonu “persona non-qrata” elan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB