Bolqarıstanda xəstəxanada yanğın olub. Bu barədə “RİA Novosti” xəbər verir.
Hadisə ölkənin cənub-şərqindəki Sliven şəhərində baş verib.
Yanğın nəticəsində azı üç nəfərin həlak olduğu bildirilib. Onların koronavirus şöbəsində müalicə aldıqları və 60 yaşdan yuxarı olduqları qeyd edilib.
İlkin ehtimallara görə, yanğına pasiyentlərdən birinin siqaret çəkməsi səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB