Gürcüstanın paytaxtı Tbilisidə, ölkə parlamentinin binası qarşısında “Ayıbdır” qeyri-hökumət təşkilatının nümayəndələri ölkənin keçmiş prezidenti Mixeil Saakaşviliyə dəstək olaraq etiraz aksiyası keçiriblər.
“RİA Novosti” xəbər verir ki, nümayişçilər Saakaşvilinin həbsxana xəstəxanasından mülki klinikaya köçürülməsini və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər. Aksiyaçılar bununla müxalif partiya ilə həmrəy olduqlarını nümayiş etdiriblər.
Xatırladaq ki, dünən Gürcüstanda 9 deputat Saakaşviliyə dəstək üçün aclıq aksiyasına qoşulublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB