Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək, çünki namizədlərdən heç biri səslərin yarıdan çoxunu toplaya bilməyib.
Türkiyənin "Anadolu" agentliyi xəbər verir ki, "Alpha Research" sosioloji agentliyinin keçirdiyi “exit-poll”a əsasən, Bolqarıstan Sosialist Partiyası (BSP) tərəfindən namizədliyi irəli sürülmüş hazırkı prezident Rumen Radev 49,1 faiz səs qazanaraq seçkilərin ikinci turuna keçib.
Keçmiş baş nazir Boyko Borisovun Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşları Partiyası (GERB) tərəfindən dəstəklənən Sofiya Universitetinin rektoru Anastas Qersikov 26,5 faiz səs toplayıb. O, ikinci turda Radevə rəqib olub.
Hüquq və Azadlıqlar Hərəkatının rəhbəri Mustafa Karadai seçkilərdə 9,8 faiz səslə üçüncü olub. Siyahıda sonrakı yerdə 5,06 faiz səslə Lozan Panov qərarlaşıb.
Qeyd edək ki, seçkilərin ikinci turu noyabrın 21-də baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB