“Rusiya Ukraynada sabitliyi pozmaq istəyir”

“Rusiya Ukraynada sabitliyi pozmaq istəyir”

“...Belarus-Polşa sərhədindəki miqrasiya böhranı Rusiyanın ilk məqsədyönlü “əməliyyatıdır” və burada əsas məqsəd Ukraynada sabitliyi pozmaqdır”.

Qeyd edək ki, bu fikirləri Ukrayna prezidenti Vladimir Zelenskinin ofisinin ştatdankənar müşaviri Aleksiy Aretoviç bildirib. O, bu barədə “Dom” telekanalının efirindən danışarkən

deyib.

“...Hərbi nöqteyi-nəzərdən ilk miqrant Belarusla sərhəddə hasarı sındırmağa başlayan kimi əməliyyat başladı. Əsas məqsəd isə Ukraynadır”. Deyim ki, bunu da Aretoviç bildirib.

Müşavirin fikrincə, hazırda sərhəddə problemlər yaratmağa çalışan Polşa NATO-nun köməyindən yararlanmaq istəyir.

Aretoviç həmçinin Belarus təhlükəsizlik qüvvələrini Rusiyanın dəstəyi ilə məqsədyönlü şəkildə ora gətirilən miqrantlarla Polşa sərhədinə hücumda ittiham edib.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə