9 deputat aclıq aksiyası elan edib

9 deputat aclıq aksiyası elan edib

Gürcüstanda doqquz müxalifətçi parlament deputatı Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin təcili olaraq multidissiplinar mülki klinikaya köçürülməsi tələbi ilə aclıq aksiyasına başladığını elan edib. SİA xəbər verir ki, bu barədə parlamentarilərdən biri David Kirkitadze brifinqdə deyib.

Qeyd edək ki, bir qədər əvvəl isə başqa deputat Yelena Xoştariya aclıq aksiyasına başlayıb.

“Biz, parlamentin doqquz üzvü, Mixail Saakaşvilinin sağlamlığını və həyatını qorumaq üçün Səhiyyə Nazirliyindən lazımi xidmətlər almaq üçün onun multidissiplinar klinikaya köçürülməsini tələb edərək aclıq aksiyasına başlamaq qərarına gəldik”, deyə Kirkitadze bildirib.

Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidzenin sözlərinə görə, həbsxana xəstəxanasına onun son səfəri zamanı artıq Gürcüstanın eks-prezidenti yataqdan qalxa bilməyib.

Xatırladaq ki, noyabrın 10-da Avropa İnsan Haqları Məhkəməsi Gürcüstanın keçmiş prezidentinin işinin istintaqı zamanı onu özəl klinikada müalicə olunmaq hüququndan məhrum edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə