İranda bir-birinin ardınca iki zəlzələ baş verib, ölən var YENİLƏNİB
İranın cənubundakı Hörmüzqan əyalətində 6,3 bal gücündə ikinci zəlzələ baş verib.
SİA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, episentri Hörmüzqan vilayətinin Kəşm rayonunun Laft bölgəsində olan yeraltı təkanlar saat 15:37-də qeydə alınıb. Zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi bildirilir.
Yerli mətbuatda yer alan xəbərə görə, zəlzələ zamanı elektrik dirəyinin aşması nəticəsində 1 nəfər ölüb.
Qeyd edək ki, bundan əvvəl yeraltı təkanlar saat 15:36-da qeydə alınıb.
Eyni bölgədə baş verən 6,4 bal gücündə zəlzələdən 1 dəqiqə sonra baş verən zəlzələdən ətraf əyalətlərin də zərər çəkdiyi bildirilib.
***
İranın cənubunda 6,1 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 352 min insanın yaşadığı İranın Bəndər Abbas limanından 59 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB