Rusiya və Türkiyə hərbi məhsulların tədarükü ilə bağlı danışıqları davam etdirir

Rusiya və Türkiyə hərbi məhsulların tədarükü ilə bağlı danışıqları davam etdirir

Rusiya Federasiyası Türkiyə ilə hərbi məhsullarının tədarükü və silahların birgə hazırlanmasını müzakirə edir.

SİA-nın məlumatına görə, bunu "İnterfaks"a "Dubay Airshow-2021" beynəlxalq aviasalonunda Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev deyib.

D.Şuqayev bildirib: "Rusiyanın müasir hərbi məhsullarının tədarükü, eləcə də silahların birgə hazırlanması ilə bağlı danışıqlar davam edir".

O, Türkiyə ilə hərbi-texniki əməkdaşlığın perspektivləri və Ankaraya S-400 hava hücumundan müdafiə sistemlərinin yeni partiyasının tədarükü üçün müqavilənin imzalanmasının mümkün vaxtı ilə bağlı suala cavabında dəqiq vaxt barədə məlumat verməyib: "Türkiyə Respublikası ilə hərbi-texniki əməkdaşlıq stabil şəkildə inkişaf edir".

D.Şuqayev əlavə edib ki, bölgənin bir çox ölkəsi S-400 Triumf hava hücumundan müdafiə sisteminə maraq göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə