Fransanın XİN rəhbəri Blinkenlə Ukrayna və İranı müzakirə edib
ABŞ dövlət katibi Entoni Blinken və Fransa xarici işlər naziri Jan-İv Le Drian arasında telefon danışığı baş tutub.
“Mən bu axşam amerikalı həmkarım Entoni Blinkenlə hazırkı gərginlik kontekstində Ukraynadakı vəziyyəti müzakirə etmək üçün danışıqlar apardım ”. Qeyd edək ki, bu barədə Le Drian tvitter səhifəsində yazıb.
O, həmçinin bildirib ki, Blinkenlə söhbət zamanı İranla danışıqların bərpası mövzusu da diqqət mərkəzində olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB