Sudandakı etiraz aksiyalarında 5 nəfər ölüb

Sudandakı etiraz aksiyalarında 5 nəfər ölüb

Sudanın Xartum və Omdurman şəhərlərində etiraz aksiyaları zamanı ölənlərin sayı artıb.

SİA-nın Sudanın Mərkəzi Həkimlər Komitəsinə istinadən verdiyi məlumata görə, etiraz aksiyaları zamanı ölənlərin sayı 5 nəfərə çatıb. Daha əvvəl 1 nəfərin öldüyü bildirilirdi.

Qeyd edək ki, Sudanın Xartum və Omdurman şəhərlərində ölkədə hərbi çevriliş edən hərbçilərin fəaliyyətinə qarşı etiraz aksiyaları keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə