39 min britaniyalı yeni koronavirusa yoluxub

39 min britaniyalı yeni koronavirusa yoluxub

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 38 351 yoluxma halı qeydə alınıb.

SİA-nın "Sinxua"ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 9 524 971 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan 157 nəfər, hazırkı dövrədək isə 142 835 nəfər vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə