Suriya ordusunun konvoyuna qarşı silahlı hücum olub.
SIA-nın xəbərinə görə bu barədə Suriyada İnsan Haqlarını Müşahidə Qrupu məlumat yayıb.
Baş qərargahı Londonda yerləşən təşkilat bildirir ki, hadisə Deyr əz-Zor vilayətində baş verib. Pusquya salınan konvoya avtomat silahlardan atəş açılması nəticəsində 13 hərbçi həlak olub, bir nəfər yaralanıb. Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB