Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 215 nəfər dünyasını dəyişib.
SİA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 347 426 nəfər test edilib. 22 583 nəfərin koronavirus testi pozitiv nəticə verib, 25 254 nəfər müalicə olunaraq sağalıb. Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 118 302 677 peyvənd tətbiq edilib ki, bunun 89,92 faizi birinci, 79,90 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB