Kabildə avtomobilin partladılması nəticəsində azı bir nəfər ölüb, iki nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə Taliban sözçüsü Zəbihullah Mücahid bildirib.
Daha əvvəl bir hadisə şahidi bildirmişdi ki, Kabil bölgəsində avtomobildə bomba partlayıb, yaralılar var və onlar xəstəxanaya çatdırılıblar.
Mücahidin sözlərinə görə, səlahiyyətlilər partlayışın səbəblərini araşdırır.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB