Avstraliyada təyyarə qəzaya uğrayıb

Avstraliyada təyyarə qəzaya uğrayıb

Avstraliyanın Pert şəhərindəki "City Beach"də təyyarə okeana düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Avstraliyanın dördüncü ən böyük şəhəri Pertdəki "City Beach"də təyyarə okeana düşüb. Kiçik bir təyyarənin suya düşməsi xəbərindən sonra polis hadisə yerinə gəlib. Hadisə yerli vaxtla 15:30-da baş verdikdən sonra təcili yardım qrupları göndərilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə