Rusiya ilə “təsadüfi” müharibə riski barədə BÖYÜK BRİTANİYA BƏYAN EDİB
Rusiya ilə Qərb arasında münasibətlər Soyuq Müharibə dövründəkindən daha ciddi görünməmiş gərginliklər yaşayır. SİA xəbər verir ki, bu sözləri Britaniyanın müdafiə naziri general ser Nik Karter söyləyib və bu barədə “Daily Express” yazır.
Nəşr qeyd edir ki, onun fikrincə, bu, hər hansı bir "qəza" səbəbindən açıq münaqişəyə səbəb ola bilər.
"Biz on və ya 15 il əvvəl olduğundan daha rəqabətli bir dünyada yaşayırıq. Və mən hesab edirəm ki, dövlətlər və böyük güclər arasında rəqabətin xarakteri gərginliyin artmasına səbəb olur. Biz ehtiyatlı olmalıyıq", deyib Nik Karter.
Britaniya qəzetinin jurnalistlərinin fikrincə, Qərbin narahatlığına səbəb Belarus-Polşa sərhədindəki miqrasiya böhranıdır.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB