BMT-nin Beynəlxalq Hüquq Komissiyasına yenidən üzv seçilib RUSİYALI DİPLOMAT
Rusiya Xarici İşlər Nazirliyinin Hüquq Departamentinin direktoru Yevgeni Zaqainov yenidən BMT-nin Beynəlxalq Hüquq Komissiyasına üzv seçilib. SİA xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin mətbuat katibi Fyodor Strjijovski jurnalistlərə məlumat verib.
"Noyabrın 12-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Beynəlxalq Hüquq Komissiyasına seçkilər keçirilib. BMT Baş Assambleyasının bu yardımçı orqanı beynəlxalq hüququn kodlaşdırılması və mütərəqqi inkişafı məsələləri ilə məşğul olur", deyə Strjijovski bildirib.
Onun sözlərinə görə, komissiyanın tərkibinə ənənəvi olaraq aparıcı sovet və rus beynəlxalq hüquqşünasları daxildir.
“Yüksək rəqabət şəraitində Komissiyanın yeni tərkibində Rusiya nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin Hüquq Departamentinin direktoru Yevgeni Zaqainov yenidən seçilib”, deyə Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin mətbuat katibi əlavə edib.
Xatırladaq ki, Komissiya 1947-ci ildə BMT Baş Assambleyası tərəfindən beynəlxalq hüququn mütərəqqi inkişafına və onun kodlaşdırılmasına kömək etmək məqsədilə yaradılıbdır. Hər il toplanan komissiyaya Baş Assambleya tərəfindən 5 il müddətinə seçilən 34 üzv daxildir. Komissiya üzvləri dövlətlərarası münasibətlərin tənzimlənməsi ilə bağlı geniş spektrli məsələlərə baxır, baxılan məsələdən asılı olaraq müvafiq beynəlxalq təşkilatlarla tez-tez məsləhətləşmələr aparır. Komissiyanın əsas işi beynəlxalq hüququn müxtəlif aspektləri üzrə sənəd layihələrinin hazırlanması ilə bağlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB