Rusiya Ukraynanı işğal edə bilər

Rusiya Ukraynanı işğal edə bilər

Dünyanın diqqəti Belarus-Polşa sərhədindəki qaçqın dramına yönəldiyi bir vaxtda Rusiyanın bu qarışıqlıqdan istifadə edərək qonşu Ukrayna torpaqlarının bir qismini özünə birləşdirə biləcəyi bildirilir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ bir müddətdir ki, Avropa paytaxtlarına “Rusiya Ukraynaya girə bilər” xəbərdarlığı edir. AB ilə sərhədlərində qaçqın böhranı yaşanarkən Belarusun 2014-cü ildə Rusiyanın Krımı ilhaqına bənzər yeni hərbi əməliyyata hazırlaşdığı iddia edilib. Son günlər Avropa paytaxtlarında bir sıra təmaslarda olan Amerika kəşfiyyatının yüksək səviyyəli rəsmiləri Moskvanın Ukraynanın şərqində yeni əraziləri birləşdirmək üçün hərbi əməliyyata başlaya biləcəyi barədə müttəfiqlərinə xəbərdarlıq ediblər. Sözügedən kəşfiyyatın mənbəyi ilə bağlı məlumatlar paylaşılmayıb, lakin Rusiyanın Ukrayna sərhədində on minlərlə əsgər və tank yığdığını göstərən peyk fotoşəkilləri iddiaların əsasını təşkil edir. Rusiya bombardmançılarının son vaxtlar Belarus hava məkanında kəşfiyyat uçuşları həyata keçirdiyi də vurğulanıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə