Tarixdə ilk dəfə olaraq Londonun mərkəzinin dəbli qərb hissəsinin 20 məşhur küçəsində eyni vaxtda bir milyondan çox Milad işığı yandırılıb. SİA xəbər verir ki, bu barədə RİA Novosti-nin yerli müxbiri məlumat verib.
Onun məlumatına görə, bu, dünyada eyni vaxtda Milad küçələrinin işıqlarının ən geniş miqyasda işıqlandırılması olub.
Ənənəvi olaraq, London küçələrində Milad işıqları müxtəlif vaxtlarda yandırılırıb, lakin bu il Meriya West End-in 20 küçəsində eyni vaxtda bir milyondan çox LED işığı yandırmağa qərar verib.
Mərasim ciddi şəkildə gizli saxlanılıb və ictimaiyyətə açıqlanmayıb. Meriyanın mətbuat xidməti izah edib ki, bu, təhlükəsizlik məqsədi ilə həyata keçirilib ki, meydana həddən artıq çox insan toplaşmasın.
Meriya vurğulayıb ki, bu il bütün Milad işıqları adi işıqlandırma ilə müqayisədə 75%-ə qədər enerji qənaətini təmin edən ən son LED texnologiyasından istifadə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB