Niderlandda qismən qapanma rejimi elan edilib

Niderlandda qismən qapanma rejimi elan edilib

Niderlandın Baş naziri Mark Rütte ölkədə COVID-19-a yoluxma halları ilə bağlı yeni antirekord fonunda üç həftəlik qismən qapanmaların tətbiq olunduğunu elan dib.

SİA Trend-ə istinadən bu barədə "NL Times"-in xəbər verdiyini bildirir.

Məlumata əsasən, bir gün əvvəl 16,3 mindən çox yeni yoluxma halı aşkar edilib.

Ölkə sakinlərinin əksəriyyəti şənbə günü axşamdan distant işləməyə başlayıb. Zəruri məhsuların satıldığı mağazalar saat 18:00-da, kafe və restoranlar saat 20:00-da bağlanmalı olacaq.

Yeni məhdudiyyətlərə əsasən evdə dörd nəfərdən çox qruplarda toplaşmağı qadağan edilir, insanlar arasında 1,5 metr məcburi məsafə qaydası yenidən tətbiq ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə