Gürcüstan və Türkiyənin sərhəd bölmələrinin iştirakı ilə birgə təlim keçirilib.
Sərhədçilərin birgə təlimi

SİA xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi məlumat yayıb.

Bildirilib ki, “Vale” sərhəd məntəqəsi ərazisində baş tutan təlimin məqsədi iki ölkənin sərhəd bölmələri arasında quru sərhədinin mühafizəsi sahəsində təcrübə mübadiləsi və sərhədlərin təhlükəsizliyi məsələləri üzrə əlaqələndirilmiş fəaliyyətin təkmilləşdirilməsi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə