Konqoda yeni epidemiya başlayıb

Konqo Demokratik Respubliksının Maniema əyalətinin qubernatoru Affani İdrissa Manqala, bu il 450-dən çox qızılca xəstəliyinin qeydə alındığını açıqlayıb. SİA bu barədə rus mətbuatına istinad edir.

“2021-ci ilin onuncu həftəsindən bu günə kimi Kunda Sağlamlıq Bölgəsində 458 qızılca xəstəliyi və bununla əlaqəli 17 ölüm qeydə alınıb. Milli Biotibbi Araşdırmanın təhlili İnstitutu epidemiyanı təsdiqləyib”, – o deyib.

Maniema əyalətini qızılca epidemiyası zonası elan etdiklərini bildirən Maqala, milli və beynəlxalq səhiyyə qurumlarının dəstəyinə ehtiyac duyduqlarını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə